“Kopenhagen” Danimarkanın ən güclüsüdür
Çempionlar Liqasının 2013/14 mövsümünün daha bir iştirakçısı bəlli olub.

İdman.com.az saytının məlumatına görə, “Kopenhagen” klubu Danimarkanın ən güclüsü adına sahib olub. Bu sevincə paytaxt futbolçuları “Brondbü” ilə qolsuz heç-heçə oyunundan sonra müvəffəq olublar. Çempionatın sonuna 3 tur qalmış 64 xala malik olan “Kopenhagen” ən yaxın izləyicisi “Norşelland”dan 10 xal öndə qərarlaşıb.

Xatırladaq ki, sayca 10-cu çempionluğunu qazanan kopenhagenlilər Çempionlar Liqasının qrupunda çıxış edəcək.


Aynurə

Xəbər 926 dəfə oxundu.