Kişilər arasında növbəti Avropa çempionatı
May ayının 5-də Polşanın Leqnica şəhərində kişilər arasında növbəti Avropa Çempionatı start götürüb.Çempionatda 38 ölkədən 300-ə yaxın şahmatçı qələbə uğrunda mübarizə aparır .Ölkəmizi bu çempionatda beynəlxalq qrossmeysterlər Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Vasif Durarbəyli, Azər Mirzəyev, Nicat Məmmədov,beynəlxalq ustalar Bəhruz Rzayev ,Zaur Məmmədov və FİDE ustası İzzət Kənan təmsil edir.

1 oyundan sonra Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Azər Mirzəyevin 1 xalı , Eltac Səfərlinin və Nicat Məmmədovun isə 0.5 xalı var.

Xəbər 921 dəfə oxundu.