Cüdo üzrə “Böyük dəbilqə” turniri başa çatdı
“Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə “Böyük dəbilqə” turniri keçirilib. Turnirdə 25 ölkədən 190-dan çox cüdoçu mübarizə aparıb.

Yarışların ikinci günündə cüdoçularımız Şahin Qəhrəmanov (90 kq), və Elxan Məmmədov (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançımız Elmar Qasımov (100 kq) bürünc medala sahib çıxıb.

Turnirin birinci günündə isə Azərbaycan milli komandasının üzvləri Nicat Şıxəlizadə (66 kq) gümüş, Hüseyn Rəhimli (73 kq) və Kifayət Qasımova (57 kq) bürünc medal qazanıb.

Bununla da komandamız üç qızıl, bir gümüş və üç bürünc medal əldə edib.

Xəbər 967 dəfə oxundu.