Messi özünə məxsus olan rekordu yeniləyib
“Barselona”nın hücumçusu Lionel Messi özünə məxsus olan rekordu yeniləyib.

Argentinalı hücumçu "Barselona"nın heyətində cari çempionatda forma geyindiyi ardıcıl 21-ci oyunda da qol vurmağı bacarıb.

O, 34-cü turun “Betis”lə oyununda dubla imza atıb. 56-cı dəqiqəsində meydana daxil olan Messi 60 və 71-ci dəqiqələrdə fərqlənərək, komandasının 4:2 hesablı qələbə qazanmasında böyük pay sahibi olub.

Xəbər 849 dəfə oxundu.