Fatih Terim: “Futbolçularımın alnından öpürəm”
"Çox xoşbəxtəm, qürur hissi keçirirəm. Çempion olmaq həqiqətən də başqa bir duyğudur. İstədiyimiz oyunu oynadıq və mübarizə apararaq layiq olduğumuz çempionluğu yaşadıq. Futbolçularımın alnından öpürəm. Mən bura gəldiyim gün "Qalatasaray"lıların qürur duyacağı bir komanda yaradacığıma söz vermişdim və bunu da etdim. Əlimi qəlbimə qoyub, dünyadakı bütün azarkeşlərimizi salamlayıram”.

Bunu "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə superliqasında "Sivasspor"u məğlub (4:2) edərək mövsümün sonuna iki tur qalmış çempionluğu bayram etdikləri oyundan sonra deyib.

Təcrübəli mütəxəsssis yeni mövsüm üçün ediləcək transferlər haqda da danışıb: "Lazımı mövqelərə önəmli futbolçular alacağıq. Hər kəsin bəyənəcəyi futbolçuları heyətə gətirəcəyik".

Xəbər 901 dəfə oxundu.