Gədəbəydə mini-futbol üzrə rayon birinciliyi
Aprelin 29-u, mayın 2-də Gədəbəy rayon Gənclər ve İdman idarəsinin dəstəyi ilə 11-12 yaşlı yeniyetmələr arasında mini-futbol üzrə rayon birinciliyi keçirilib.

Şəhər stadionunda 63 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi yeniyetmələr arasında futbolun təbliği və yayılması olub.

Sonda yüksək yerləri tutan komandalar Gənclər və İdman idarəsi tərəfindən fəxri fərman və kubokla mükafatlandırılıblar.

Xəbər 985 dəfə oxundu.