Lebron Jeims ən yaxşılar sırasında
"Mayami"-nin forvardı Lebron Jeims NBA-da müntəzəm çempionatın ən qiymətli oyunçusu (MVP) seçilib.

İdman.com.az saytının məlumatına görə, o, "Maurice Podoloff Trophy "-ni qazanıb. Bununla da Jeims 4-cü dəfə bu ada layiq görülüb.

Qeyd edək ki, NBA-nın tarixində Maykl Jordan, Bill Russel, Karim Abdul-Cabbar və Vilt Çamberlen ən azı 4 dəfə MVP olublar.

Xatırladaq ki, Jeims səsvermədə 1207 səs qazanıb. Onun arxasınca Kevin Durant ("OK", 765 səs), Karmelo Antoni ("New York", 475 səs), Kris Paul ("Los Angeles Clippers", 289 səs) və Kobe Bryant ("Los həll Angeles Lakers "184 səs) qərarlaşıblar.




Aynurə

Xəbər 974 dəfə oxundu.