Nizami rayonunda üzgüçülük üzrə açıq birinciliyi
Müstəqil Azərbaycan Dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərini nəzərə alaraq, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin ölkə miqyasında layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 26 yanvar Sərəncamını rəhbər tutaraq, martın 28-də Nizami rayon F-Land İdman Kompleksində rayon Gənclər və İdman İdarəsi tərəfindən 7-9 yaşlı uşaqlar arasında üzgüçülük üzrə açıq birinciliyi keçirilib.

Qaliblər Nizami rayon Gənclər və İdman İdarəsi tərəfindən medal və diplomlarla təltif olunublar.

Xəbər 2882 dəfə oxundu.