Binəqədi rayonunda futbol üzrə rayon birinciliyi
26 aprel 8 may tarixlərində Binəqədi rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə futbol üzrə rayon birinciliyi keçirilib.

248 saylı orta məktəbdə 22 komanda tərkibində 220 nəfər idmançının iştirakı ilə keçirilən yarışın məqsədi yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin rayonda qeyd edilməsi olub.

Sonda birinciyə 299, ikinciyə 182, üçüncü yerə 205 saylı orta məktəbin komandası layiq görülüblər.

Xəbər 783 dəfə oxundu.