Bakı Qran-prisində 53 ölkə yarışacaq

Mayın 6-dan 8-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə Bakı Qran-pri turniri keçiriləcək. Artıq 53 ölkə yarışda iştirak edəcəyini təsdiqləyib.

Peru, Litva, Seneqal, Anqola və Qabon idmançıları iştiraklarını son anda təsdiqləyiblər. Yarışlarla əlaqədar olaraq ölkəmizə 600-dək idmançı və məşqçi gələcək.
Qeyd edək ki, Bakı Qran-prisi qalibi öz hesabına 200 reytinq xalı yazdıracaq.

Xəbər 1203 dəfə oxundu.