«Tour d`Azerbaidjan»da «Synergy Baku» dəsti-xətti
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «Tour d`Azerbaidjan» beynəlxalq veloturu bu gün başa çatdı. İdman.com.az saytı xəbər verir ki, 146 km uzunluğu olan 5-ci mərhələsi Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında başa çatdı.

Gərgin mübarizədə finiş xəttinə ilk olaraq Litva millsinin üzvü Tomas Vaitkus keçdi. 2-ci yeri Lüksenğurqun «Leoprad-Trek» komandasından Sean De Bye tutdu. Fəxri kürsünün 3-cü pilləsinə «Rabobank»dan Konstant Qodrye çıxdı.

Ölkəmizi bu yarışda təmsil edən “Synergy Baku Cycling Project” yenə fərqlənənlər cərgəsində oldu. Sprinterimiz Kristof Şvayster ara və ümumi finiş məsafələrində rəqiblərini üstələyərək, yaşıl köynəyi qazandı. Komandamızın irlandiyalı velosipedçisi Konnor Makkonvey isə, dağ təsnifatında ən çox xal yığaraq, qırmızı velosipedçi geyiminə sahib çıxdı.

Türkiyənin «Şəkərspor» kollektivinin ukraynalı lejioneri Sergey Qreçin ara məsafələrdə ən çox xal toplayaraq, ardıcıl 4-cü dəfə lider - göy köynəyə yiyələndi.

«Astana» komandasının fəallarından olan Bəxtiyar Kojatayev ən yaxı gənc velosipedçi kimi, növbəti bu dəfə də ağ-bənovşəyi köynəyə sahib çıxdı. Ən yaxşı azərbaycanlı velosipedçi adını yenə Elçin Əsədov aldı.

Komanda hesabında “Efapel” (Portuqaliya) ən güclü olub. “Synergy Baku” yarışı 4-cü yerdə bitirib.


Kamran HACI

Xəbər 995 dəfə oxundu.