Bu gün “Tour d`Azerbaidjan” sona çatır
Bu gün ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Tour d`Azerbaidjan” beynəlxalq veloturunun 5-ci mərhələsi start götürdü.

İdman.com.az saytı xəbər verir ki, 146 km uzunluğu olan son raund Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında başa çatacaq.

Bildiyiniz kimi, ölkəmizi bu yarışda “Synergy Baku Cycling Project” komandası təmsil edir. Təmsilçimiz 46.04.42 saniyə vaxtla 4-cü sıradakı mövqeyini qoruyur.

Mütəxəssislərin düz yolda sprinterlərimizi favorit saydığından, böyük ehtimalla “Synergy Baku” komanda mübarizəsində ilk 3-yə daxil olacaq.

Xəbər 931 dəfə oxundu.