«A» Seriyanın yeni şərti
İtaliya Futbol Federasiyasının irəli sürdüyü yeni qanuna görə, təhlükəsizlik tələblərinə cavab verməyən stadionlarda çıxış edən klublar «A» Seriyadan uzaqlaşdırılacaqlar. İdman.com.az saytı xəbər verri ki, təşkilatın prezidenti Cankarlo Abete bu barədə deyib:

«Klubların qeydiyyatı yalnız onların bu il bizi izləmiş münaqişələr kimi halların stadionlarında baş verməyəcəyinə qəti və aydın təminat verəcəkləri təqdirdə aparılacaq». «Kalyari» cari mövsümü ötən yay tikirtisi başa çatmış «İs Aenas»da başlayıb.

Lakin sonradan məlum olub ki, bu stadion təhlükəsizlik tələblərinə cavab vermir. Sonradan bərpa işləri aparılsa da, bu arena yenə də «A» Seriyanın oyunlarına yaxın buraxılmadı. Klub hazırda Triestdəki stadionda oynayır.

Xəbər 785 dəfə oxundu.