“Neftçi” qızıl medallara bir addım da yaxınlaşdı
Bu gün Topaz Premyer Liqasında XXIX tur başa çatıb. İdman.com.az saytı xəbər verir ki, turun mərkəzi oyunu olan tarixi derbidə çempionluğa böyük ölçüdə aydınlıq gəlib.

Belə ki, bütün milli çempionatlarımızın iştirakçısı olan “Neftçi” ilə “Qarabağ” arasında qızıl medallar uğrunda mübarizədə vacib matç bayraqdarın qələbəsi ilə bitib. Bununla da “ağ-qaralar” ağdamlılara ölkə kubokunun ardınca çempionatda da zərbə vurub. Hərçənd bu, “Qarabağ”a çempionatda ilk 3 oyunda uduzan “Neftçi”nin ilk qələbəsi idi.

“İnter”lə “Bakı” arasında paytaxt derbisində meydan sahibləri qalib gəliblər. “Rəvan” isə ikinci “altılığ”ın çempionluğu uğrunda intriqanı saxlamaq üçün qalib gəlməli idi. Ancaq gözlənilmədən böyük hesabla uduzan bakılılar bununla da həmşəhərliləri AzAL-ın ikinci “altılığ”ın çempionu olmağını artıq rəsmiləşdiriblər.

Topaz Premyer Liqası. XXIX tur
4 may

“Sumqayıt” – “Rəvan” - 4:1
Qol: Taner Taktak, 32, Ruslan Qurbanov, 52, 89 Can Akgün, 68 - Juan Manuel Varea, 34
Qırmızı vərəqə: Ruslan Qurbanov, 90+3 (“Sumqayıt”) - Orxan Lalayev, 45, Samuel Barlay, 11 (hər ikisi - “Rəvan“)

“Qarabağ” – “Neftçi” - 1:2
Qol: Riçard Almeyda, 72-pen - Nikolas Kanales, 24, 84

“İnter” – “Bakı” - 2:1
Qol: Baçana Sxadadze, 34, Leandro Roşa, 40 - Cavid Hüseynov, 50

Xəbər 812 dəfə oxundu.