Muslera üçün 20 milyon avroluq rədd
«Qalatasaray» rəhbərliyinin «satıla bilər» dediyi Fernando Musleranın mümkün vidasına klub fanatları veto qoydular. İdman.com.az saytı xəbər verir ki, İspaniya La Liqası və İngiltərə Premyer Liqasından ciddi talibləri olan argentinalı qapıçı görə, prezident Ünal Aysal 20 milyon avroluq qiymət təyin etmişdi.

Qolkiper üçün meneceri vasitəsiylə gələn təklifləri mövsümün sonunda qiymətləndirməyi qərara alan «Qalatasaray» rəhbərliyi uruqvaylı qapıçı ilə bağlı verəcəyi qərarın azarkeşlərin də məqbul görməsini istəyir.

Fanatlar da bu məsələyə öz münasibətlərini webaslan.com-da Fernando Muslera üçün təşkil edilən bir sorğuda bildiriblər. Ümumilkdə 95 min 583 nəfərin qatıldığı sorğuda «Sizcə, Fernando Muslera 20 milyon avroya satılmalıdımı?" sualı qoyulmuşdu.

«Qalatasaray» azarkeşlərinin cavabında isə Musleranın 20 milyon avro müqabilidən belə satılmasına razı olmadıqları bəlli oldu. Sorğuda iştirak edənlərin 81 faizi, yəni 77 min 675 azarkeş Musleranın satılmamasını, 18,7 faizi, yəni 17 min 908 nəfər isə əksini – bu məbləğə satılmasının mümkün olduğunu düşünür.

Xəbər 1066 dəfə oxundu.