“Tour d`Azerbaidjan”ın 4-cü mərhələsi başladı
Bu gün ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Tour d`Azerbaidjan” beynəlxalq veloturunun 4-cü mərhələsi başladı.

İdman.com.az saytı xəbər verir ki, yarış iştirakçıları Qəbələdən start götürərək, İsmayıllını keçməklə, Şamaxıya yollanıblar.

Paleton 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.

Xəbər 1052 dəfə oxundu.