Velosipedçimiz Kristof Şvayster bu dəfə 3-cü oldu
Bu gün ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Tour d`Azerbaidjan” beynəlxalq veloturunun 3-cü mərhələsi başladı. İdman.com.az saytı xəbər verir ki, yarış iştirakçıları Qəbələdən start götürərək, Oğuzdan keçməklə, Şəkiyə yollanıblar. Oradan isə yenidən başlanğıc nöqtəyə qayıdıblar. Bu məsafənin ümumi uzunluğu 165 km oldu.

Gərgin rəqabətdə finiş xəttini ilk olaraq «İSD Kontinental» komandasından üzvü Vitali Popkov keçdi. 2-ci yeri «Lotto Belisol»dan velosipedçisi Stiv Books tutdu. Azərbaycanı sözü gedən yarışda təmsil edən «Synergy Baku Cycling Project» komandası yenə fərqləndi. 1-ci mərhələnin qalibi Kristof Şvayster bu dəfə 3-cü oldu. İdmançımız ara və ümumi finiş məsafələrində rəqiblərini üstələyərək, yaşıl köynəyi qazandı.

Türkiyənin «Şəkərspor» komandasının ukraynalı lejioneri Sergey Qreçin ara məsafələrdə ən çox xal toplayaraq, növbəti göy velosipedçi maykasına sahib çıxdı. Dağ təsnifatında ən çox xal yığan Portuqaliyanın «Efapel» komandasından Rikardo Vieyra bu dəfə də qırmızı köynəyə yiyələndi. «Astana» komandasının fəallarından olan Bəxtiyar Kojatayev ən yaxı gənc velosipedçi kimi ağ-bənovşəyi köynəyə sahib çıxdı. Bu mübarizədə də ən yaxşı azərbaycanlı velosipedçi adına Elçin Əsədov layiq görüldü.

Kamran HACI
Qəbələ



























Xəbər 963 dəfə oxundu.