Azərbaycan çempionu müəyyənləşdi
Basketbol üzrə Azərbaycan çempionatında final mərhələsinin ikinci oyunu keçirilib. «Qala-Atena» «Gəncə»ilə üz-üzə gəlib.

Elxan Əliyevin yetirmələri gəncəliləri 72:65 hesabı ilə məğlub edib.

Xatırladaq ki, ilk oyunda da «Qala-Atena» 60:53 hesabıyla üstün olmuşdu. Belə olan halda «Qala-Atena» Azərbaycan çempionu olub.

Xəbər 954 dəfə oxundu.