Benitez: "Sadəcə biz rəqibdən iki qol artıq vurduq"
"Çelsi"nin baş məşqçisi Rafael Benitez UEFA Avropa Liqasının yarımfinalında "Bazel"lə cavab oyunundan (3:1) sonra açıqlama verib.

Baş məşqçi futbolçularının gözəl oyun nümayiş etdirdiyini deyib: "Mən bura peşəkarcasına işimi görməyə gəlmişəm. Oyunçularım da hər zaman dediklərimi edirlər. Bu matçdan öncə də, sonra da onlardan çox razıyam.

Təcrübəli mütəxəssis ilk hissənin son saniyələrində qapılarından buraxdıqları qol haqqında da danışıb: "İkinci hissənin ilk dəqiqələrində bu qolun cavabını verdik. Rəqibimiz də gözəl oynadı. Sadəcə biz onlardan iki qol artıq vurduq".

Qeyd edək ki, iki oyunun nəticəsinə (2:1, 3:1) əsasən "Çelsi" finala vəsiqə qazanıb.

Xəbər 806 dəfə oxundu.