Böyükağa Hacıyevin cəzası başa çatıb
«Neftçi»nin baş məşqçisi Böyükağa Hacıyevin cəzası başa çatıb. Baş məşqçi Premyer Liqanın XXIX turunda «Qarabağ»la baş tutacaq səfər matçında komandanın başında olacaq.

Qeyd edək ki, Hacıyev məhz «Qarabağ»la oyundan sonra cəzalandırılmışdı. XXV turda baş tutan və «Neftçi»nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşan oyundan sonra AFFA və Peşəkar Futbol Liqasının ünvanına «xoşagəlməz» ifadələr səsləndirən çalışdırıcıya İntizam Komitəsi 10 oyunluq cəza vermişdi.

Bu, Hacıyev üçün mövsümün bitməsi demək idi. Lakin Apelyasiya və Ekspert Komitəsi «Neftçi»nin şikayətinə baxaraq, cəzanı 3 oyuna endirmişdi. 26-28-ci turlardakı «Simurq», «Qəbələ» və «İnter»lə oyunları kənardan izləyən Hacıyev sabah yenidən texniki zonada yer alacaq.
Qeyd edək ki, baş məşqçinin olmadığı dövrdə «Neftçi»ni meydana Tərlan Əhmədov çıxarırdı.

Xəbər 1320 dəfə oxundu.