İker Kasilyas açıqlama verdi
"Real"ın qapıçısı İker Kasilyas mövsümün sonunda klubundan ayrılacağı ilə bağlı yayılan xəbərlərlə bağlı İspaniya mətbuatına açıqlama verib.

Təcrübəli qolkiper Madrid klubundan başqa heç yerdə forma geymək istəmədiyini deyərək fikrini belə izah edib:

"Özümü başqa klubda düşünə bilmirəm. Doqquz yaşımdan indiyə kimi burdayam və müqaviləm hələ də davam edir. Həyatımı "Real"a həsr etmişəm" deyərək Kasilyas yayılan xəbərləri təkzib edib.

Qeyd edək ki, 31 yaşlı qapıçı ilə "Arsenal"ın maraqlandığı haqda mətbuatda xəbərlər yayılmışdı.

Xəbər 961 dəfə oxundu.