Şəkidə hərbi - idman oyununun rayon birinciliyi
Aprelin 30-da Şəki şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Təhsil, Gənclər və İdman Nazirlikləri ilə birgə qərarına əsasən gənc nəsli vətənə məhəbbət, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaq məqsədilə sərhəd qoşunlarının N saylı hərbi hissəsində “Sərhəd” hərbi - idman oyununun rayon birinciliyini keçirilib.

Yekun nəticələr görə birinciyə Şəkinin Şin komandası, ikinciyə Baş Göynük, üçüncü yerə Kiş 4 saylı məktəbin komandaları layiq görülüblər.
Sonda qaliblər Şəki Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Xəbər 886 dəfə oxundu.