Aleksandr Surutkoviç: Dağda sürmək çox çətin idi
«2-ci mərhələnin ağır olacağını bilirdim. Daim qabaqda olmaq lazım idi. Amma sonda Sergey Qreçin məndən güclü oldu». Bunu idman.com.az saytına açıqlamasında “Tour d`Azerbaidjan” beynəlxalq veloturunun 2-ci mərhələsində «Synergy Baku Cycling Project» komandasının heyətində 2-ci yeri tutmuş Aleksandr Surutkoviç dedi.

Legioner idmançı növbəti raundlarda uğur qazanacağına ümidini də itirmədi: «Ağır gün oldu. Çətin mərhələ idi. Daim yüksəyə, yenə yüksəyə qalxırdın. Qarşıda 4-cü mərhələ var. Orada, dağda çox məsələləri həll etmək olar».

Kamran HACI
Qəbələ

Xəbər 909 dəfə oxundu.