«Synergy Baku Cycling Project»in üzvü bu dəfə 2-ci oldu
Bu gün ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Tour d`Azerbaidjan” beynəlxalq veloturunun 2-ci mərhələsi start götürdü. İdman.com.az saytı xəbər verir ki, komandalar Şıx çimərliyi ilə üzbəüz ərazidəki, yenidən qurulmuş müasir velosiped parkından rəqabətə başlayıb, Bakı–Abşeron–Qobustan–Şamaxı–İsmayıllı marşrutu üzrə hərəkət etdilər. İdmançılar 183 kilometr məsafə sürdükdən sonra, İsmayıllıda finiş xəttini keçdilər.

Nəticələrə gəldikdə, qalib adını Türkiyənin «Şəkərspor» komandasının ukraynalı lejioneri Sergey Qreçin qazandı. 2-ci yeri «Synergy Baku Cycling Project» kollektivinin velosipedçisi Aleksandr Surutkoviç tutdu. 3-cü pilləni Bəxtiyar Kojatayev oldu. Adı son çəkilən idmançı ən yaxı gənc velosipedçi kimi ağ-bənovşəyi köynəyə sahib çıxdı.

2-ci mərhələnin qalibi 2 velosiped geyiminə də yiyələndi. Türkiyə təmsilçisi ara məsafələrdə ən çox xal toplayaraq göy, ara və ümumi finiş məsafələrində fərqlənərək yaşıl köynəyi qazandı. Dağ təsnifatında ən çox xal yığan Portuqaliyanın «Efapel» komandasından Rikardo Vieyra oldu. Bu mübarizədə ən yaxşı azərbaycanlı velosipedçi adına Elçin Əsədov layiq görüldü.

Qeyd edək ki, 1-ci mərhələdə Bakı klubunun üzvü Kristof Şvaytser məsafəni 1-ci qət edib.

Kamran HACI
Bakı-İsmayıllı

Xəbər 904 dəfə oxundu.