Şəkidə voleybol üzrə şəhər birinciliyi keçirilib
Şəki şəhər Gənclər və İdman İdarəsi təqvim planına əsasən ali, orta ixtisas və peşə məktəblərinin oğlan komandaları arasında aprelin 26-da idman sağlamlıq mərkəzində voleybol üzrə şəhər birinciliyi keçirilib.

70 nəfərin iştirakı ilə keçirilən yarışdabirinciyə Pedaqoji kollec, ikinciyə AMİ-nin Şəki filialı, üçüncü yerə Musiqi Kollecinin komandaları layiq görülüblər.

Qalib komandalar idarənin diplomları ilə təltif olunublar.

Xəbər 885 dəfə oxundu.