"Rəvan" itkilərlə hazırlaşır
"Rəvan” mayın 4-də Premyer-Liqanın 29-cu turu çərçivəsində "Sumqayıt”ın qonağı olacaq. "Rəvan" oyuna hazırlığı elə matçın keçiriləcəyi "Bayıl stadionu”nda davam etdirir.

Məşqdə Nikolay Orlovskidən başqa, hamı fəal iştirak edirdi. Moldovalı müdafiəçi zədəlidər və fərdi qaydada məşq edir. Onun "Sumqayıt”la görüşdə iştirakı da sual altındadır.

Xəbər 810 dəfə oxundu.