İlk dəfə alman finalı baş tutacaq
Çempionlar Liqasında ilk dəfə alman finalı baş tutacaq. İndiyədək qitənin bir nömrəli klub turnirinin həlledici matçında bu ölkənin iki komandası mübarizə aparmayıb.

Yarımfinalda «Barselona»nı yenən «Bavariya» və «Real»ı üstələyən Dortmund «Borussiya»sı ilə dəfə alman finalının baş tutmasına səbəb olub.

Çempionlar Liqasında indiyədək İspaniya, İtaliya və İngiltərə finalları baş tutub. 1999-2000 mövsümündə «Real» və «Valensiya», 2002-2003-də «Milan» və «Yuventus», 2007-2008-də isə «Mançester Yunayted» və «Çelsi» qarşılaşıb.

Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 25-də Londondakı «Uembli» stadionunda baş tutacaq.

Xəbər 1075 dəfə oxundu.