Daha bir “Qəbələ”li üçün mövsüm bitdi
“Qəbələ”nin daha bir futbolçusu üçün mövsüm erkən bitib. Fanat.az xəbər verir ki, bir müddətdi zədəli olan Ceyhun Sultanovun sağalsa da, sırağagün məşqdə zədəsini təzələyib.

Həkim müayinəsindən sonra yarımmüdafiəçinin qarşıdakı 4 oyunda da meydana çıxa bilməyəcəyi müəyyənləşib. Ceyhundan əvvəl “Qəbələ”də müdafiəçi Vurğun Hüseynovun da mövsümü erkən bitirdiyi məlum olmuşdu.

Xəbər 802 dəfə oxundu.