“Naxçıvan Open 2013” beynəlxalq şahmat festivalı
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Naxçıvan Open 2013” ənənəvi beynəlxalq şahmat festivalı başa çatıb. Festivalda 16 ölkədən 250 şahmatçı, o cümlədən 30 qrossmeyster, 13 beynəlxalq usta və 10 FİDE ustası iştirak edib.

“A” turnirində Rusiya şahmatçıları - İqor Kurnosov, Aleksandr Shimanov və həmyerlimiz Qədir Hüseynov 9 oyundan 6.5 xal toplayaraq 1-3-cü yerləri bölüşüblər. Əlavə göstəricilərə görə İqor Kurnosov turnirin qalibi, Qədir Hüseynov isə 3-cü yerin sahibi olub. Onlardan 0.5 xal az toplayan Eltac Səfərli 6 xalla 4-cü pillədə qərarlaşıb.

“B” turnirində 9-cu turdan sonra xal ehtiyatları 7.5 olan 3 şahmatçı Fariz Əhmədov 1-ci, İran şahmatçısı Aryan Golami 2-ci və FİDE ustası Günay Məmmədzadə isə 3-cü olub.

C turnirinin (12 yaşadək uşaqların turniri) qalibi 9 oyundan 8 xal toplayaraq Murad İbrahimli olub. Bayram Qurbanov və Kənan Qarayev 7.5 xal toplayaraq 2-3-yerləri bölüşüblər.

Xəbər 3044 dəfə oxundu.