"Sonuna qədər savaşdığımız bir matçı itirdik"
Mersin Böyükşəhər Bələdiyyəsinin baş məşqçisi Mete Babaoğlu Anadolu Efesə 107-98 məğlub olduqları matçla əlaqədar açıqlama verib.

İdman.com.az saytı xəbər verir ki, Babaoğlu, matçın ardından təşkil edilən mətbuat konfransında etdiyi şərhdə, güclü bir rəqibə qarşı mübarizə apardıqlarını ifadə edib.

Matçda rəqibə çətin anlar yaşatdıqlarını ifadə edən Babaoğlu, "Anadolu Efes” kimi bir komandaya qarşı mübarizə aparmaq gözəl idi. Oyunçularımızın ortaya qoyduğu oyun məni son dərəcə xoşbəxt etdi. Sonuna qədər savaşdığımız bir matçı itirdik. Qalibiyyət düşüncəsiylə çıxdığımız üçün matçda büdrəmək bizim bir an belə ağlımızdan keçmədi. Doğrudan da “Anadolu Efes”lə oynadığımız matç bizlər üçün yaxşı bir təcrübə oldu. Bundan sonrakı hər bir matçımızı qazanaraq pərəstişkarlarımıza gözəl günlər yaşatmaq istəyirik."-deyə bildirib.



Aynurə Pənahqızı

Xəbər 1249 dəfə oxundu.