"Oyunçularımıza etibarım tamdır"
“Qalatasaray” qadın basketbol komandasının meneceri Müge Erdem pley-off final ardıcıllığında “Fənərbaxça” ilə oynadıqları 3-cü matçdan sonra mətbuata oyun barədə geniş açıqlama verib.

İdman.com.az saytı xəbər verir ki, Erdem etdiyi şərhlərdə oyun zamanı bir sıra səhvlərin baş verdiyini bildirib.

O, aprelin 26-da “Fənərbaxça” ilə keçirilən oyunda qayda səhvlərinə etiraz edib. Etirazının ardından federasiyadan hələ cavab gözlədiklərini qeyd edən Erdem, "Qayda səhvi etirazının nəticəsi bizə hələ də bildirilməyib. Buna qarşı üçüncü matçda anons sistemimizin səhv işlənməsinə görə, matç başa çatdıqdan 12 saat sonra klubumuzun müdafiə edilməsinə çaşdım. Bu seriyanın bütün matçlarında anons sisteminin istifadə etmə mövzusunda bir standartın olmamasına da təəccüb edirik”.

Ərdəm, 2-1 hesabı ilə geridə olduqları silsiləyə “Fənərbaxça” ilə oynayacaqları 4-cü matçı da qazanacaqlarına inandığını ifadə edərək, bunları söyləyib: "Bu silsilədə komandamız həqiqətən çox yaxşı mübarizə aparır. Gözəl mübarizəmizə baxmayaraq son iki matçı da son anda itirdik. Xüsusilə üçüncü matçı, əsasən də son 4 saniyədə şansımızı itirmək bizi daha çox üzdü. Ancaq bitən heç bir şey yoxdur. Sabah sahəyə çıxıb, lazım olan mübarizəni verib bu matçı qazanacağımıza əminəm. Oyunçularımıza etibarım isə tamdır."



Aynurə Pənahqızı

Xəbər 937 dəfə oxundu.