Dekunun başı qalmaqaldadır
Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Dekunun başı qalmaqaldadır.

İdman.com.az saytının məlumatına görə, futbolçu martın 30-da dopinq testindən keçib. Test zamanı isə onun qanında qadağan olunmuş preparatlar aşkar edilib. İdmançının günahı sübuta yetirildiyi təqdirdə ona uzunmüddətli cəza veriləcək.

Qeyd edək ki, o, hazırda “Fluminense”nin şərəfini qoruyur.


Aynurə Pənahqızı

Xəbər 664 dəfə oxundu.