Xerard Pike: "Messisiz alınmır"
Bu gecə UEFA Çempionlar Liqasının növbəti yarımfinal oyununda "Barselona" evdə "Bavariya"ya 0:3 hesabı ilə məğlub olaraq finala vəsiqə qazana bilməyib.

Matçdan sonra mətbuata açıqlama verən Kataloniya klubunun futbolçusu Xerard Pike oyun barədə bu sözləri deyib:

“Belə vəziyyətlə üzləşmək həqiqətən də xoşagələn hal deyil. Birinci hissədə əlimizdən gələni etməyə çalışdıq, amma alınmadı. İkinci hisədə isə, rəqibin qolu bizi tamamilə məhv etdi. Matçın ikinci hissəsi bizim üçün çox ağır keçdi. Bəzən sizdən daha yaxşı olan komandanı təbrik etməlisiniz. Onları təbrik edirəm. Artıq çempionata köklənəcəyik”.

Lionel Messinin meydana çıxmamasından da danışan Pike fikrini belə izah edib:

“Messi dünyanın ən yaxşı oyunçusudur. O, meydançada olmayanda işimiz çətinləşir, onsuz alınmır. Amma bu dəfə o da girsə, finala çıxan komanda dəyişməzdi”.

Xəbər 971 dəfə oxundu.