“Tour d`Azerbaidjan” başladı
Bu gün ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Tour d`Azerbaidjan” beynəlxalq velosiped turuna start verilib. İdman.com.az saytı xəbər verir ki, yarışın 1-ci mərhələsi Heydər Əliyev Mərkəzinin qarşısından başlayıb. Heydər Əliyev Mərkəzi – metronun “Koroğlu” stansiyası – Heydər Əliyev Mərkəzi marşrutu üzrə ümumi uzunluğu 157 kilometr olan mərhələ 11 dövrə vurmaqla başa çatacaq.

“Tour d`Azerbaidjan”da ümumilikdə 25 komanda birincilik uğrunda mübarizə aparır. Bunların 17-si kontinental komanda, 2-si klub, 6-sı isə milli kollektivdir. Hər komanda heyətində altı idmançı ilə yarışır. Turnirdə Azərbaycanı “Synergy Baku Cycling Project” komandası təmsil edir.


Xəbər 867 dəfə oxundu.