“Çempion olmaq istəyirik”
Türkiyə qadınlar basketbol liqasının play-off oyunlarının final ardıcıllığının üçüncü matçında “Qalatasaray”ı 71-70 hesabı ilə məğlub edərək “Fənərbaxça” basketbol klubu silsilədə 2-1 ilə önə keçib.

İdman.com.az saytının məlumatına görə, “Fənərbaxça” basketbol klubunun meneceri Didem Akın dördüncü matçı da qazanaraq çempion olmaq istədiklərini söyləyib. Həmçinin o, üçüncü matçı qazanaraq silsiləyə 2-1 hesabı ilə önə keçdikləri üçün xoşbəxt olduqlarını ifadə edib.

“İlk iki periodda çox top itkisi etdik. Üçüncü və dördüncü periodda artıq oyunun idarəsi bizdəydi. Xüsusilə son periodda yaxşı oynadıq və üstünlüyü ələ keçirdik. Çox gərgin bir matç oldu, amma sonunda qazandıq. Sonda ümid edirəm ki, dördüncü matçı da qazanıb, üst-üstə 8-ci dəfə çempion olmaq şansını əldə edəcəyik”.-deyə bildirib.

Qeyd edək ki, dördüncü matç mayın 2-də ABŞ-ın İpəkçi idman salonunda keçiriləcək.



Aynurə Pənahqızı

Xəbər 993 dəfə oxundu.