Joze Mourinyodan şok açıqlama
Çempionlar Liqasının Yarım finalında “Borussia”nı evdə 2:0 hesabı ilə məğlub edən “Real” səfərdə 4:1 uduzduğu üçün finala çıxa bilməyib.

Oyundan sonar mətbuata açıqlama verən Madrid klubunun baş məşqçisi Joze Mourinyo bu sözləri deyib:

“Hədəfimiz kuboku qazanmaqdı, amma bu komanda ilə üç dəfə final oynadım. Bu da çox önəmli bir şeydi. Qürürdan danışmayacağam. Komandamı tərifləməliyəm. Mükəmməl oynadıq. Çox şanslarımız oldu, amma qol vura bilmədik".

Ronaldonun bir epizodunda rəqib oyunçu Hummelsin əlinə dəyən topdan da danışan təcrübəli mütəxəssis fikrini belə izah edib:


"Horvard Vebb yaxşı hakimdir və oyunu da yaxşı idarə etdi, epizodu da gördü, ancaq niyə qırmızı vərəqə vermədiyini anlamadım. Ola bilər ki, Hummelsin finala çıxmağını istəyirdi”.

Gələn mövsümdə “Real”da qalıb-qalmayacağı ilə bağlı suala isə portuqaliyalı mütəxəsis belə cavab verib:

“Bəlkə də burada qalmadım. Mən məni istəyən insanların yanında oluram”.

Xəbər 1013 dəfə oxundu.