Futbolçularımız finalda Ukrayna yığması ilə qarşılaşacaqlar
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda təşkil olunmuş “Prezident kuboku” turnirinin qrup mərhələsində bu gün son oyununu keçirib. Futbolçularımız “Astana Arena”da özbəkistanlı həmyaşıdlarına 3:1 hesabı ilə qalib gələrək qrup lideri kimi finala vəsiqə qazanıblar.
Komandamız sabah həlledici görüşdə Ukrayna ilə qarşılaşacaq.

O Q H M T X
1. Azərbaycan 3 3 0 0 8-4 9
2. Özbəkistan 3 0 2 1 2-4 2
3. Qazaxıstan 2 0 1 1 3-4 1
4. İran 2 0 1 1 1-2 1

Xəbər 899 dəfə oxundu.