“Bakı” güclü “Atletiko” komandasına uduzdu
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda futbol bayramı keçirildi. İdman.com.az saytı xəbər verir ki, “Bakı”nın öz yerli oyunçulardan təşkil olunmuş komandası İspaniyanın nəhənglərindən olan Madrid “Atletiko”sunu qonaq etdi.

Meydana daha çox gənc oyunçularla çıxan “zolaqlılar”, ilk hissə bir neçə təhlükəli məqam yaratsa da, onu qola çevirə bilmədi. Əvəzində, 43-cü dəqiqədə Oliver Torres düşən fürsəti boşa vermədi.

Novruz Məmmədovun məşqçilik etdiyi komandası ikinci yarıda hesaba tarazlıq gətirməyə çalışıb. Lakin istəyinə nail ola bilməyib. Madrid klubu fərqi 3-ə yüksəldib.

Yoldaşlıq oyunu

“Bakı” – “Atletiko” - 0:3
Qol: Oliver Torres, 43, Raul Qarsiya, 83; 88

“Bakı”: 1.Kamran Ağayev, 29. Əziz Quliyev, 5. Aqil Nəbiyev, 21. Novruz Məmmədov, 25. Şəhriyar Əliyev, 8. Vadim Abdullayev, 11. Elvin Məmmədov, 38. Namiq Ələsgərov, 88. Cavid Hüseynov, 99. Rəhman Hacıyev, 23. Rauf Əliyev.

Ehtiyat oyunçular: 12. Aqil Məmmədov, 7. Mahir Mədətov, 22. Sənan Bayramzadə, 18. Elşən Rzazadə, 17. Tural Qürbətov, 20. Valeh Seyidov, 19. Nurlan Novruzov, 3. Vüqar Mustafayev, 6. Ülvi Süleymanov.

“Atletiko”: 1. Asenxo, 44. Vilya, 5. Tyaqo, 6. Koke, 7. Adrian, 11. Rodriqes, 12. Pulido, 15. Sisma, 18. Kata Dias, 22. İnsua, 30. Oliver.

Ehtiyat oyunçular: 13. Kurtua, 2. Qodin, 3. Felipe Luis, 4. Suares, 8. Qarsiya, 9. Falkao, 10. Arda Turan, 14. Qabi, 18. D.Kosta, 20. Xuanfran, 23. Miranda, 28. Saul.

Xəbər 909 dəfə oxundu.