Bakıda velosiped bayramı təşkil olunub
Aprelin 30-da Bakıda vellosiped bayramı keçirilib. İdman.com.az saytı xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyası Yeni bulvar ərazisində velosiped həvəskarları üçün “7-dən 77-yə” adlı yarış təşkil edib. Turnirə 7 yaşından yuxarı bütün vətəndaşlar qatılıblar.

Müxtəlif yaş kateqoriyalarında 4 km yaxın bir məsafədə yarışan velosiped həvəskarları böyük bayram əhval ruhiyyəsi yaradıb. Hər yaş kateqoriyası üzrə yarışınların qaliblərinə BMW markalı velosipedləri hədiyyə edilib.

Xəbər 864 dəfə oxundu.