İmişlidə cudo üzrə açıq rayon birinciliyi keçirilib
Aprelin 27-29-da İmişli rayon Gənclər və İdman idarəsi YAP-nın İmişli rayon təşkilatı ilə birgə ümummilli lider H. Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş cudo üzrə açıq rayon birinciliyi keçirilib.

İmişli Olimpiya Kompleksində 65 idmançının iştirakı ilə keçirilən yarışda 34, 38 və 46 kq çəki dərəcələrində idmançılar mübarizə aparıblar.

Sonda qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1017 dəfə oxundu.