İlk qolu komandasına qələbə gətirdi
Premyer Liqanın həftəsonu baş tutan 28-ci turunda "Rəvan”ın "Turan”ı məğlub etməsi Ayaz Mehdiyevin qolu sayəsində mümkün olub.

20 yaşlı yarımmüdafiəçi Premyer Liqada ilk qolunu vurub. Mehdiyevə "Rəvan”da qol hesabını açmaq üçün 8 oyun, daha dəqiq desək, 437 dəqiqə lazım gəlib. Gənc futbolçu cari mövsüm komandanın heyətində fərqlənmiş 13-cü oyunçu olub. Ümumilikdə isə Premyer Liqada çıxış etdiyi 2 ildə düz 20 futbolçu rəqib qapılarına yol tapıb. Başqa sözlə, Mehdiyev bu baxımdan 20-ci olub.

Xəbər 880 dəfə oxundu.