Arda Turan Ələkbər Məmmədovun əlindən öpdü
Bakıda səfərdə olan Madridin “Atletiko” klubunun üzvləri üçün ziyafət mərasimi təşkil olunub.

Ziyafətdə “Atletiko”nun üzvləri ilə yanaşı, Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycanın millət vəkilləri, klub rəhbərləri, Azərbaycan futbol veteranları və media nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycanın sənət adamlarının çıxışı, xüsusilə, müğənni Tünzalə Ağayevin ifası "Atletiko" komandasının üzvlərinin əksəriyyətinin böyük marağına səbəb olub.

Tədbirdə Türkiyə milli komandasının “Atletiko”lu hücumçusu Arda Turan Azərbaycan futbol veteranları İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryov, Oqtay Abdullayev, Asim Xudiyev, Ələkbər Məmmədovla görüşüb. Ziyafətin ən diqqətçəkən məqamlarından biri isə Arda Turanın Azərbaycan futbolunun 82 yaşlı əfsanəsi Ələkbər Məmmədova yaxınlaşaraq onun əlindən öpməsi olub. Ələkbər Məmmədov isə yeni çapdan çıxan kitabını öz imzası ilə türk futbolçuya hədiyyə edib.

Xəbər 1243 dəfə oxundu.