Xocavənddə karate üzrə açıq rayon birinciliyi keçirilib
Fevralı 1-də Xocavənd Rayonu İcra Hakimiyyəti başçısının 6 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər planı”na uyğun olaraq 26-27 aprel Xocavənd qəsəbəsində Salakətin kənd tam orta məktəbin idman zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VKC karate üzrə açıq rayon birinciliyi keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü qeyd etmək, idmançılar arasında dostluq və idman əlaqələrini möhkəmləndirmək, perspektivli idmançıları aşkar etmək məqsədi ilə keçirilən yarışda 5 rayondan 8 klub, 73 idmançı iştirak edib.

Sonda qaliblər diplomla və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1037 dəfə oxundu.