Bakıda Birinci Avropa Oyunlarının AOK Koordinasiya Komissiyasının ilk görüşü keçirilib
Aprelin 29-da “Hilton” mehmanxanasında Birinci Avropa Oyunlarının Avropa Olimpiya Komitəsi (AOK) Koordinasiya Komissiyasının birinci görüşü keçirilib.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickey, Koordinasiya Komissiyasının sədri və Yunan Olimpiya Komitəsinin prezidenti Spyros Capralos və digər şəxslər iştirak ediblər.

İclasda 2015-ci ildə Bakıda təşkil ediləcək Birinci Avropa Oyunlarına hazırlıqla bağlı bütün məsələlər müzakirə edilib, AOK Koordinasiya Komissiyasının məruzələr dinlənilib.


Xəbər 2396 dəfə oxundu.