Türkiyədə futbol klubunun bazasına silahlı basqın olub
Türkiyədə futbol klubunun bazasına silahlı basqın olub. Hadisə “Ankaragücü”nün təlim-məşq bazasında baş verib.

Naməlum şəxslər nömrəsi olmayan avtomobillə klubun bazasına hücum edərək atəş açıblar. Verilən məlumata görə, şirkətin mühafizə əməkdaşına 7,65 millimetr çapında bir mərmi verərək bunu başçınıza çatdırın deyiblər.

Daha sonra həmin şəxslər hadisə yerindən uzaqlaşıb.
Ərazidə polis işləyir. Faktla bağlı araşdırma aparılır.

Xəbər 780 dəfə oxundu.