Cudoçularımızdan növbəti uğur
"Qəbələ" cüdoçuları uğurlarına daha bir səhifə əlavə ediblər. 13-14 təvəllüdlü oğlan idmançılar arasında keçirilən III Qafqaz Oyunlarına qatılan komandamız yarışı ilk pillədə tamamlayıblar. 17 komanda arasında keçirilən turnir gərgin mübarizəyə səhnə olub. Komandanı təmsil edən 12 cudoçudan yalnız biri yarışı medalsız tərk edib - 3 qızıl, 5 gümüş, 3 bürünc. Ümumi hesabda 43 xal toplayan "Qəbələ" bütün komandaları qabaqlayaraq III Qafqaz Oyunlarının qalibi olub.

1. "Qəbələ" İK - 43 xal
2. "Lokomotiv" İC - 27,5 xal
3. "Qızıl Əlcək" İK - 21 xal

Xəbər 904 dəfə oxundu.