Bəxtiyar Arzumanov rəqibini xilas etdi
Azərbaycanlı idmançı rinqdə rəqibini ölümdən xilas edib. Məlumata görə, qarşılaşma Ukraynada keçirilib.

Azərbaycanlı qaydasız döyüşçü Bəxtiyar Arzumanov rəqibi Yuri Gamalini ölümdən xilas edib. Döyüşdə idmançımız rəqibinə qarşı boğucu fənd tətbiq edib. Döyüşü qələbə ilə başa vuran idmançımız sonda rəqibinin huşunu itirdiyini görüb. Bunu görən B. Arzumanov Y. Gamalinin dilini tutub və özünə gəlməsinə kömək edib.

Döyüşçünün bu jesti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bəxtiyar Arzumanovun bu alicənab hərəkəti indiyədək sosial şəbəkələrdə müzakirə olunur.

Xəbər 1220 dəfə oxundu.