Goranboyda rayon açıq birinciliyi keçirilib
Aprelin 26-27-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı il dönömünə həsr olunmuş Cüdo üzrə Goranboy rayon açıq birinciliyi keçirilib.

Qızılhacılı qəsəbəsi 2 saylı orta məktəbdə 82 iştirakçı, 9 məşqçi 4 hakimin iştirakı ilə keçirilən yarışın məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, istedadlı idmançıların aşkar edilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzinin təmin edilməsi, dostluq və yoldaşlıq əlaqələrinin gücləndirilməsi olub.

Sonda birinci və üçüncüyə Goranboy, ikinciyə Ağdam komandası layiq görülüblər.

Xəbər 3115 dəfə oxundu.