Boks üzrə ənənəvi turnirə yekun vurulub
Varşavada Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə ənənəvi turnirə yekun vurulub.

Yarışda kişilərlə yanaşı, üç çəki dərəcəsi üzrə qadınlar da mübarizə aparıblar. Əzizə Abbasova (51 kq) və Yana Alekseyeva (60 kq) da çıxış ediblər.
Y.Alekseyeva zədə səbəbindən həlledici görüşə çıxa bilməyib. Bu səbəbdən milli komandamızın üzvü gümüş medalla kifayətlənib.

Polşada təlim-məşq toplanışı zamanı digər boksçularımız sparinq-döyüşlərdə iştirak ediblər. Anna Əlimərdanova (60 kq) İtaliya və Monqolustandan olan rəqiblərini məğlub edib.

Anaxanım Ağayeva (51 kq) isə macarıstanlı və finlandiyalı idmançılar üzərində qələbə qazanıb.

Qeyd edək ki,qadınlardan ibarət millimiz mayın 12-də Qazaxıstana yollanaraq, orada yerli komanda ilə yanaşı, Ukrayna, Rusiya və Hindistan idmançıları ilə təlim-məşq toplanışında iştirak edəcəklər.

Xəbər 1190 dəfə oxundu.