Vaqif Sadıqov komandasından razıdı
Topaz Premyer Liqasının 28-ci turunda AZAL “Xəzər Lənkəran”ı 2-0 hesabıyla məğlub etdi. Matçdan sonra ev sahiblərinin baş məşqçisi Vaqif Sadıqov oyun haqda fikirlərini bildirib:

“Məqsədimiz qalib gəlmək idi, bunu bacardıq. İkinci “altılığ”ın güclü komandasına qarşı oynadıq. Kubokda keçirilən oyundan sonra rəqib psixoloji cəhətdən daha üstün idi. İlk hissədə vurduğumuz qol və rəqib futbolçunun qırmızı vərəqə almasından sonra oyun formal xarakter daşıdı. Oyunçularım verilən tapşırıqları uğurla yerinə yetirdilər. Komandanı təbrik edirəm”.

Xəbər 1034 dəfə oxundu.